Bank Of Baku

Boris Berezovski: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan kömək ummamalıdır”

Boris Berezovski: “Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan kömək ummamalıdır”
# 13 mart 2010 07:45 (UTC +04:00)
APA-nın “Panarmenian”a istinadən məlumatına görə, B.Berezovski deyib ki, Rusiya hər zaman münaqişənin həllinə yönəlmiş səylərə mane olacaq.

“Rusiya “parçala və hökm sür” siyasətini yürütmək üçün münaqişəni daha da mürəkkəbləşdirməkdə maraqlıdır” – deyə mühacir siyasətçi qeyd edib. Onun sözlərinə görə, kifayət qədər təcrübə və təhsilə malik olmayan indiki rus siyasətçilərinin məqsədi yalnız Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə pul qazanmaqdır.

B.Berezovski bildirib ki, postsovet ölkələrinin və Rusiyanın maraqları bir-birindən kəskin şəkildə fərqlənir: “Qərb ölkələri özlərinin qısamüddətli maraqları ilə məşğul olduğundan, keçmiş SSRİ respublikalarının xalqları yalnız özlərinə güvənərək siyasi aktivlik və Rusiya istilasına qarşı dirəniş göstərməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR