Bank Of Baku

Qazaxıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

Qazaxıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb
# 13 mart 2010 12:44 (UTC +04:00)
Astana-APA. Qazaxıstanın Almatı vilayətində su bəndinin uçması nəticəsində baş verən daşqında ölənlərin sayı 30 nəfərə çatıb. APA-nın məlumatına görə, xilasedicilər bu gün daha beş nəfərin meyitini aşkarlayıblar. Qızıl-Aqaş kəndinin sakinləri isə daşqında 52 nəfərin həlak olduğunu bildiriblər. Hələlik bu məlumat rəsmən təsdiqlənməyib. Ümumilikdə isə daşqınlar nəticəsində bir neçə kənd su altında qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 2,500 nəfərin evsiz qaldığını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR