Bank Of Baku

Serj Sarkisyan özünə yeni mətbuat katibi təyin edib

Serj Sarkisyan özünə yeni mətbuat katibi təyin edib
# 13 mart 2010 16:45 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarkisyan özünə yeni mətbuat katibi təyin edib.

APA-nın “Novosti Armeniya”ya istinadən məlumatına görə, bundan sonra prezidentin mətbuat xidmətinə Armen Arzumanyan başçılıq edəcək.

Prezidentin digər sərəncamı ilə Samvel Fərmanyan Ermənistan İctimai Teleradioşirkətinin analitik-informasiya proqramları departamentinin direktoru vəzifəsinə keçməsi ilə əlaqədar prezidentin mətbuat katibi vəzifəsindən azad edilib.

Qeyd edək ki, prezidentin yeni mətbuat katibi bundan əvvəl Ermənistan İctimai Televiziyasının icraçı direktoru olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR