Bank Of Baku

Gürcüstan prezidentinin mətbuat katibi: «Rusiyanın Gürcüstana hücum etmək təhlükəsi yoxdur»

Gürcüstan prezidentinin mətbuat katibi: «Rusiyanın Gürcüstana hücum etmək təhlükəsi yoxdur»
# 13 mart 2010 21:43 (UTC +04:00)
APA-nın məlumatına görə, Gürcüstanın «İmedi» telekanalının şənbə günü efirə çıxan «Xüsusi reportaj» proqramının son buraxılışı bütün Gürcüstanda çaxnaşma yaradıb. Ehtimallar üzərində hazırlanan və əhalini Rusiyaya qarşı qətiyyətli olmağa çağırmaq məqsədi ilə hazırlanan veriliş Rusiyanın Gürcüstan ərazisinə soxulması və prezident Mixail Saakaşvilinin öldürüldüyü xəbələri ilə başlayıb. Efirdə həmçinin əhalinin guya təlaş içində Tiflisi tərk etdiklərini nümayiş etdirən kadrlar da yayımlanıb. Gürcüstanın Qori, Msxeta və digər regionlarında bu reportaj əhali arasına ciddi narahatçılığa səbəb olub. Verilişin adi xəbər buraxılışı kimi yayımlanması əhali arasında şok yaradıb. Dərhal studiyaya zənglər başlayıb.

«Təxribatlar mümkündür. Lakin prezident bəyanatına əsasən deyə bilərəm ki, hazırda Rusiyanın Gürcüstana hücum etmək təhlükəsi yoxdur», deyə Gürcüstan prezidentinin mətbuat katibi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR