Bank Of Baku

Cənubi Osetiya sərhədlərinə gürcü hərbi kolonnasının yaxınlaşdığını bəyan edib

Cənubi Osetiya sərhədlərinə gürcü hərbi kolonnasının yaxınlaşdığını bəyan edib
# 14 mart 2010 00:04 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın «İmedi» telekanalının Rusiyanın bu ölkəyə ehtimal olunan hücumu barədə veriliş yayımlamasından sonra Cənubi Osetiya bölgəsinin Gürcüstanın digər ərazilərilə sərhədindən ziddiyyətli məlumatlar gəlməyə başlayıb.

APA-nın məlumatına görə, «Cənubi Osetiya müdafiə nazirliyi» Gürcüstanın Mecvrisxevi kəndi yaxınlığında gürcü hərbi texnika kolonnasının peyda olduğunu bildirib.

«Cənubi Osetiya sərhəd xidməti» isə sərhəd yaxınlığında heç bir hərəkətin olmadığını bildirib. «Cənubi Osetiya sərhəd xidməti»nin nümayəndəsinin bildirdiyinə görə, Mecvrisxevi kəndi Gürcüstan ərazisidir və orada hərbi texnikanın peyda olmasının Cənubi Osetiyanın sərhədlərini heç bir aidiyyatı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR