Bank Of Baku

Qazaxıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb

Qazaxıstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
# 14 mart 2010 05:18 (UTC +04:00)
Astana-APA. Qazaxıstanın Almatı vilayətində su bəndinin uçması nəticəsində baş verən daşqında ölənlərin sayı 33 nəfərə çatıb. APA-nın məlumatına görə, xilasedicilər bu gecə daha üç nəfərin meyitini aşkarlayıblar.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə su anbarının sahibi barəsində cinayət işinin qaldırılmasını barədə göstəriş verib.

Ümumilikdə daşqınlar nəticəsində bir neçə kənd su altında qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində 2,500 nəfərin evsiz qaldığını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR