Bank Of Baku

“Müharibə ilə zarafat etmirlər” adlı Moskva-Tiflis telekörpüsü keçirilib

“Müharibə ilə zarafat etmirlər” adlı Moskva-Tiflis telekörpüsü keçirilib
# 15 mart 2010 16:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Qriboyedov adına Rus Dövlət Dram Teatrında yerləşən “RİA Novosti” Mətbuat Mərkəzində “Müharibə ilə zarafat etmirlər” adlı Moskva-Tiflis telekörpüsü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, telekörpüdə Gürcüstan tərəfdən “Rezonansi” qəzetinin baş redaktoru Laşa Tuquşi, “Georgean Times” media holdinqinin prezidenti, “Azri” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Malxaz Qulaşvili, media eksperti Zviad Koridze, Rusiya tərəfdən isə “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerov, “RİA Novosti”nin MDB və Baltik ölkələri üzrə redaksiyasının direktoru Apom Kosayev iştirak ediblər.

Telekörpünü Laşa Tuquşi açaraq martın 13-də “İmedi” telekanalında yayımlanan filmdən söhbət açıb: “Bu gün biz bu filmi müzakirə etməliyik. Həmin gün telestudiyanın binasına doğru böyük izdiham gəlirdi. İnsanlar qəzəbli idilər. Film provokasiya istiqamətində ustalıqla düzəldilmiş film idi”.

Zviad Koridze isə filmi hazırlayanların jurnalist etikasına zidd hərəkət etdiyini söyləyib: “Əslində mən bunu film saymıram, çünki orada faktlar əksini tapmayıb və düşmən obrazı yaradılıb. Bizə azad mətbuat lazımdır”.

Modest Kolerov və Apom Kosayev isə bəyan ediblər ki, informasiyasının düzgün çatdırılmaması hər iki dövlətin böyük problemidir. Onlar qeyd ediblər ki, Rusiya 17 il Gürcüstana şans verib: “Lakin heç kim demir ki, sağ olsun Rusiya, bizə belə şans verib”.

M. Kolerov Beslanda baş vermiş terrorun gürcü terrorçularının işi olduğunu iddia edib. Bu fikir gürcü jurnalistlərinin gülüşünə səbəb olub. Bu sözlərdən sonra M. Kolerov telekörpünü tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR