Bank Of Baku

Harri Kasparov: Nə qədər ki Putin hakimiyyətdədir, Rusiya Abxaziya və Cənubi Osetiyadan çıxmayacaq

Harri Kasparov: Nə qədər ki Putin hakimiyyətdədir, Rusiya Abxaziya və Cənubi Osetiyadan çıxmayacaq
# 15 mart 2010 23:38 (UTC +04:00)
Bakı-APA. Gürcü şahmatçısı Zurab Azmayparaşvilinin martın 16-da keçiriləcək 50 illki yubileyinə keçmiş dünya çempionu Harri Kasparov da qatılacaq. APA-nın «Rosbalt»-a istinadən verdiyi xəbərə görə, Tiflisə gəlmiş Kasparov maraqlı açıqlama ilə çıxış edib.

O bildirib ki, hazırda Moskvan Gürcüstana qarşı növbəti təcavüz üçün resurslara malik deyil. Lakin, nə qədər ki, baş nazir Vladimir Putin hakimiyyətdədir, Rusiya Abxaziya və Cənubi Osetiyadan çıxmayacaq.

Kasparov həmçinin ölkənin ərazi problemlərini Rusiya hakimiyyəti ilə danışıqlar yolu ilə nizamlamaq istəyən Gürcüstan müxalifətinə yalnız yazığı gəldiyini dilə gətirib.

Şahmatçı onu da bildirib ki, Rusiyada hazırkı hakimiyyət dövründə həlli mümkün olmayan konkret məsələlər var. Rusiyanın Abxaziya və cənubi Osetiyada qalması bu qəbildən olan məsələlərdəndir. «Bu, siyasi aksiomdur», - deyə Kasparov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR