Bank Of Baku

Patriarx Kirill: “Ayağım əzabkeş erməni torpağına dəydiyi üçün sevinirəm”

Patriarx Kirill: “Ayağım əzabkeş erməni torpağına dəydiyi üçün sevinirəm”
# 16 mart 2010 14:09 (UTC +04:00)
Bakı – APA. Moskva və bütün rusların patriarxı Kirill Ermənistana səfər edib. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, İrəvanın “Zvartnots” hava limanında patriarxı bütün ermənilərin katalikosu II Qaregin, 12 yepiskop, elm və təhsil naziri Armen Aşotyan, eləcə də Rusiya, Ukrayna, Belarus, Litva, Türkmənistan və Qazaxıstanın Ermənistandakı səfirləri qarşılayıb.

Kirill hava limanında jurnalistlərə açıqlamasında “müqəddəs qardaşım” dediyi II Qareginlə, erməni din xadimləri və erməni xalqı ilə görüşlərə çox böyük ümidlər bəslədiyini söyləyib: “Ayağım bu uğurlu və əzabkeş torpağa dəydiyi üçün sevinirəm”.

Qeyd edək ki, Kirill Ermənistan rəhbərliyi, İrəvan Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə də görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR