Bank Of Baku

Moskvada Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının əməkdaşlığına dair saziş imzalanacaq

Moskvada Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının əməkdaşlığına dair saziş imzalanacaq
# 17 mart 2010 03:14 (UTC +04:00)
Bakı-APA. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bu gün Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparacaq.

APA-nın məlumatına görə, tərəflər Rusiya və Ermənistan Təhlükəsizlik şuralarının əməkdaşlığına dair razılaşma imzalamaq niyyətindədirlər.

Bundan əlavə Artur Baqdasaryanın Rusiya baş nazirinin müavini Sergey İvanov, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja, Rusiya Federal narkotiklərin dövriyyəsinə nəzarət xidmətinin direktoru Viktor İvanov və KTMT-nın Hərbi-texniki əməkdaşlıq üzrə dövlətlərarası komissiyasının işgüzar şurasının başçısı Aleksandr Nozdraçevlə görüşləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR