Bank Of Baku

BMT Baş katibinin Rusiyaya səfəri başlayır

BMT Baş katibinin Rusiyaya səfəri başlayır
# 17 mart 2010 03:55 (UTC +04:00)
Bakı-APA. BMT Baş katibi Pan Gi Mun martın 17-də Rusiyaya səfərə gələcək.

APA-nın məlumatına görə səfər çərçivəsində onun Rusiya rəhbərliyi ilə görüşləri, həmçinin Yaxın Şərq «kvarteti»nin (Rusiya, ABŞ, BMT, AB) iclasında iştirakı planlaşdırılır.

Bundan əlavə BMT Baş katibi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim-tələbə heyətinin qarşısında çıxış edəcək. Ona ali məktəbin doktoru dərəcəsinin verilməsi də nəzərdə tutulur. Həmçinin Pan Gi Mun Rusiya işgüzar və elmi dairələrinin nümayəndələri ilə də görüşmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR