Bank Of Baku

Yaraqlılar Çeçenistanda 3 milisi öldürüb, 2-ni isə yaralayıb

Yaraqlılar Çeçenistanda 3 milisi öldürüb, 2-ni isə yaralayıb
# 18 mart 2010 09:12 (UTC +04:00)
Bakı – APA. Çeçenistanın Vedeno rayonunda yaraqlılara qarşı keçirilən xüsusi əməliyyat zamanı üç milis həlak olub, ikisi yaralanıb. APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyi Şimali Qafqazdakı birləşmiş qoşun qruplarının qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, xüsusi əməliyyat hazırda da davam etdirilir. İndiyədək mühasirəyə alınmış 20 yaraqlıdan 6-sı məhv edilib. Öldürülən yaraqlılardan bəzilərinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Yaraqlıların “Əl-Qaidə” terror təşkilatının üzvü olan Muhanadın qrupuna daxil olduqları məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR