Bank Of Baku

Patriarx Kirill ermənilərə tarixin girovuna çevrilməməyi məsləhət görüb

Patriarx Kirill ermənilərə tarixin girovuna çevrilməməyi məsləhət görüb
# 18 mart 2010 12:15 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri Moskva və bütün Rusiyanın patriarxı Kirill İrəvan Dövlət Universitetində çıxışında deyib.

Kirill 1915-ci il hadisələrinə toxunarkən soyqırım ifadəsini işlətməyib: “Biz dünən bu faciənin qurbanlarını yad etdik. Çox vacibdir ki, erməni cəmiyyəti bunu öz yaddaşında saxlayır”.

Patriarx ermənilərə xatırladıb ki, nifrət alovunu saxlamaq dalana aparan yoldur: “Elə etmək lazımdır ki, bu yaddaş bu gün münasibətləri inkişaf etdirməyə, o cümlədən Ermənistan-Türkiyə əlaqələrinə mane olmasın. Bu yaxınlarda münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar düzgün addımlardır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR