Bank Of Baku

BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb

BMT Baş katibi Gürcüstan və Rusiya arasında danışıqların bərpasına çağırıb
# 19 mart 2010 00:38 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Gi Mun Gürcüstan və Rusiyanı təşkilatın sülhümühafizə qüvvələri regiondan getdikdən sonra dinc münasibətlər saxlamağa çağırıb.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Baş katib Pan Gi Mun Rusiyanın Exo Moskvı radiosuna müsahibəsi zamanı deyib ki, BMT-nin prioriteti təşkilatın qüvvələri olmadan regionda sülhü təmin etməkdən ibarətdir. Pan Gi Mun Gürcüstan və Rusiyanın 2008-ci ildə müharibə zamanı kəsilmiş danışıqları bərpa etməsini istədyini bildirib. O, BMT və Avropa Birliyinin də iştirak etdiyi danışıqlarda inkişafın əldə edildiyini deyib və daha artıq inkişafa nail ola biləcəyi ilə bağlı ümidlərini ifadə edib.

BMT Gürcüstanda 16 illik missiyasını keçən ilin iyun ayında Rusiya onun uzadılmasına veto qoyduqdan sonra sona çatdırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR