Gürcüstan prezidentinin anası və xanımı Tiflis şəhərində Novruz tədbirində iştirak ediblər
Bayram tədbirində Gürcüstanın birinci xanımı Sandra Rulovs İctimai televiziyanın Gürcüstan müxbiri Təhməz Təhməzova prezident Saakaşvilinin fərmanı ilə verilmiş «Şərəf» ordenini təqdim edib.
Tədbirdə Gürcüstan prezidentinin anası, «Gürcüstan-Azərbaycan»» Dostluq Evinin rəhbəri Giuli Alasaniya və Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze çıxış edərək T.Təhməzovu və ölkədə yaşayan azərbaycanlıları təbrik ediblər. G. Alasaniya çıxışında bildirib ki, azərbaycanlılar həmişə Gürcüstan dövlətçiliyinə sadiq olublar. O, vurğulayıb ki, prezident Saakaşvili martın 21-də Marneuliyə səfər edib, azərbaycanlıların bayramını təbrik edəcək. Tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Tiflis şəhər merinin müavini Mamuka Axvlediani, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev və başqaları çıxış edərək soydaşlarımızın Novruz bayramını təbrik ediblər.
Sonra «Sarvan» folklor rəqs ansamblının nümayiş etdirdiyi rəqsləri, ən başlıcası Azərbaycan xalq rəqsi olan «Sarı gəlin» rəqsini tədbir iştirakçıları alqışlarla qarşılayıblar.
Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze jurnalistlərə Azərbaycan xalqını Bahar bayramı münasibəti ilə təbrik etdiyyini bildirib. «Qoy həmişə bayram olsun, məhəbbət olsun. Mən dostum İlham Əliyevi bu bayram münasibəti ilə təbrik edirəm. Biz birlikdə Strasburqda Avropa yolu keçmişik. Dostluğumuz çox olub. Bir-birimizi başa düşmüşük. Mən ona uğurlar və Heydər Əliyevin xatirəsini həmişə əziz tutmağı və yaddan çıxartmamağı arzulayıram».
Giuli Alasaniya da jurnalistlərə bayram münasibəti ilə bütün Gürcüstan azərbaycanlılarını təbrik etdiyini bildiriib. «Bu çox yaxşı bayramdır. Mənim çox xoşuma gəlir ki, ölkəmizdə yeni adət-ənənələr, bayramlar meydana çıxır. Bu bayramlar bir-birimizlə ünsiyyət yaratmağa kömək edir. Biz bu bayramlarda əldə etdiyimiz uğurlara sevinirik və bir-birimizi təbrik edirik. Mən son illər azərbaycanlıların tədbirlərində müntəzəm iştirak edir və adət-ənənələrini çox sevirəm».
Gürcüstanın birinci xanımı Sandra Rulovs da Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edib. «Bilirəm ki, bu bayram bir neçə gün davam edəcək. Mən əvvəlcədən sizə uğurlar arzulayıram. Yaxşı ildir, gözəl yaz gəlir. Yeni il başlayır. Bu, çox mühümdür. Hər il biz Mehriban xanımla zəngləşirik. Hətta üç-dörd il əvvəl mən bir dəfə Novruz bayramında Azərbaycanda olmuşam. Mənim çox şirin xatirələrim var».
MDB
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
Xəbər Lenti
Sabah bəzi yerlərdə yağış leysan xarakterli intensiv olacaq
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb