Bank Of Baku

Doku Umarovun öldürülməsi barədə xəbərlər öz təsdiqini tapmır

Doku Umarovun öldürülməsi barədə xəbərlər öz təsdiqini tapmır
# 19 mart 2010 02:06 (UTC +04:00)
Bakı-APA. Rusiya güc strukturlarının nümayəndələri Şimali Qafqaz yaraqlılarının lideri Doku Umarovun öldürülməsi barədə rəsmi məlumata malik deyillər.

APA-nın məlumatına görə bu barədə onlar RİA Novosti-yə bildiriblər.

Doku Umarovun məhv edilməsi barədə məlumatlar dəfələrlə mediada peyda olub. Ötən ilin noyabrın Çeçenistanın Urus-Martan rayonunda keçirilmiş əməliyyat nəticəsində öldürülmüş 20 yaraqlının arasında Umarovun yaxın silahdaşı İslam Uspaxaciyevin də olması bir sıra KİV-lərə Umarovun məhv edildiyi barədə məlumat yaymağa sövq etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR