Bank Of Baku

Avropa Şurasının işgəncələrə qarşı komitəsi Ermənistanla bağlı hesabat yayıb

Avropa Şurasının işgəncələrə qarşı komitəsi Ermənistanla bağlı hesabat yayıb
# 19 mart 2010 16:46 (UTC +04:00)
Bakı - APA. Avropa Şurasının İşgəncələr və qeyri-insani rəftara qarşı Komitəsi Ermənistana səfərin yekunları ilə bağlı hesabat hazırlayıb. APA-nın AŞ-nin saytına istinadən verdiyi məlumata görə, komitə nümayəndələrinin səfərində məqsəd Ermənistanda 2008-ci il martın 1-də baş vermiş hadisələr zamanı həbs edilmiş şəxslərin şəraiti və onlara qarşı rəftarın öyrənilməsi olub.

Nümayəndə heyəti həbsdəki şəxslərin əksəriyyəti ilə fərdi söhbətlər aparıb. 1 mart hadisələrinə görə həbs olunanların demək olar ki, hamısı yaxalanarkən fiziki əziyyətlərə məruz qaldığını deyib. Bəziləri polisdə dindirilərkən də sərt rəftara məruz qaldığını bildirib.

Komitə səfərin yekunları əsasında tövsiyələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR