Bank Of Baku

SHS-ə dair yeni müqavilə cari ilin aprelində imzalana bilər

SHS-ə dair yeni müqavilə cari ilin aprelində imzalana bilər
# 20 mart 2010 01:06 (UTC +04:00)
Bakı-APA. Strateji hücum silahlarının (SHS) azaldılmasına dair yeni müqavilənin cari ili naprel ayında imzalanacağı ehtimal olunur. APA-nın İA REGNUM-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya hökumətinin aparat rəhbəri Yuri Uşakov baş nazir Vladimir Putin və ABŞ-ın dövlət katibi Hillari Klinton arasında danışıqların nəticələrinə dair danışarkən deyib.

Uşakovun sözlərinə görə, müqavilə, yəqin ki, Vaşinqtonda deyil, Avropada imzalanacaq.

Qeyd edək ki, SHS-ə dair məsələlərin həll olunduğu barədə Rusiya Prezidenti Dmitri Medvedev və H.Klinton arasında görüşdən sonra məlum olub. Məlumata görə, məsələnin yalnız texniki tərəflərini həll etmək alıb.

Xatırladaq ki, 2009-cu ilin dekabr ayında SHS-ə dair müqavilənin müddəti başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR