Bank Of Baku

Qırğızıstanda prezidentin və ailəsinin əmlakı barədə məqaləyə görə iki qəzet bağlanıb

Qırğızıstanda prezidentin və ailəsinin əmlakı barədə məqaləyə görə iki qəzet bağlanıb
# 20 mart 2010 02:17 (UTC +04:00)
Bakı-APA. Qırcızstanda müxalifətə yaxın olan iki qəzet ölkə prezidenti Kurbanbek Bakiyevin şərəfinə xələl gətirdiyinə görə iki qəzet bağlanaraq onlara 82 min avro məbləğində cərimə sanksiyası tətbiq olunub. APA-nın rfi.fr saytına istinadən verdiyi xəbərə görə, qırğız dilində nəşr olunan «Açık Sayasat» və «Nazar» qəzetləri ölkədən kənarda yaşayan müxalifətçi Rövşən Jeenebekovun «Kurmanbek Bakiyevin və onun ailə üzvlərinin cinayətləri» adlı məqaləsini dərc ediblər.

Məqalədə hazırkı dövlət başçısının dövlət çevrilişi nəticəsində hakimiyyətə gəldiyi, onun talan və qarətlərə şərait yaratdığı, habelə qanunsuz olaraq bir çox dövlət obyektlərini öz yaxınlarına və qohumlarının nəzarəti altına keçirdiyi qeyd olunur.

Bişkək şəhər məhkəməsinin Qırğızıstan Baş Prokurorluğunun vəsatəti əsasında qəbul etdiyi 18 mart tarixli qərara əsasən, adı çəkilən qəzetlərin məhkəmə araşdırması sona çatanadək nəşrinə qadağa qoyulub.

Qeyd edək ki, hər iki qəzetin sahibi Rövşən Jeenbekovun atası Babırbek Jeenbekovdur.

Ferqana.ru saytının məlumatına görə, bu, Qırğızıstanda əhalinin alternativ infomasiya mənbələrinə çıxış məhdudlaşdırıldığı birinci hal deyil.

Belə ki, martın 10-dan 19-dək "Ferqana.Ru" saytı və «Belıy Parus» (Ağ yelkən) qəzetinin saytının yayımına məhdudiyyət qoyulub. Martın 10-da yayımı dayandırılmış «Azadlıq» radiosunun Qırğızıstan bürosunun fəaliyyəti isə hələ də bərpa olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR