Bank Of Baku

Gürcüstanda Novruz Milli Bayram elan edilib

Gürcüstanda Novruz Milli Bayram elan edilib
# 21 mart 2010 17:50 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli rayonunda Novruz bayramı münasibətilə şənlik təşkil olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidenti Mixail Saakaşvili də iştirak edib.

Tədbirdə çıxış edən Gürcüstan prezidenti nitqini yerli sakinlərə Azərbaycan dilində “Ocağınıza bərəkət” deməklə başlayıb. Daha sonra M. Saakaşvili deyib ki, bundan sonra hər il 21 Mart Gürcüstanda Milli Bayram kimi qeyd olunacaq. “Bu gün Marneuli Gürcüstanın ən gözəl şəhərlərindən biridir. Bu şəhər bundan sonra da sürətlə inkişaf edəcək. Azərbaycanlı gənclərin gürcü ali məktəblərinə qəbulu asanlaşdırılacaq. Bizim məqsədimiz odur ki, Gürcüstanda yaşayan azərbaycanlılar ali təhsil almağa başqa ölkələrə getməsinlər. Siz gənclər bizim gələcəyimizsiniz. Siz bu ölkədən heç bir yana getməməlisiniz. Biz sizinlə birlikdə Gürcüstanın çiçəklənməsinə çalışmalıyıq. Gürcüstan azərbaycanlının, osetinin və digər burda yaşayan hər kəsin Vətənidir. Gürcüstan-bizimdir. Gürcüstanla Azərbaycanın dostluğu daima davam etməlidir. Biz dostluğa, qardaşlığa və çətin günlərdə hər zaman dəstək göstərdiyinə görə, Azərbaycan dövlətinə minnətdarıq.”

Gürcüstan prezidenti Novruz şənliyində iştirak edən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunu rəhbəri, millət vəkili Qənirə Paşayevanı “Gürcüstanın Fəxri Vətəndaşı ” elan edib və bununla bağlı qərar layihəsini və medalı Qənirə Paşayevaya təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR