Bank Of Baku

Gürcüstan prezidenti Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini müsbət qiymətləndirib

Gürcüstan prezidenti Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini müsbət qiymətləndirib
# 22 mart 2010 08:14 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Yuxarı Lars nəzarət-buraxılış məntəqəsinin açılmasına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun bildirdiyinə görə, Marneulidə keçirilən Novruz şənliyində jurnalistlərin sualını cavablandıran prezident Saakaşvili Yuxarı Larsdan silah-sursat keçirilməsi barədə verilən sorğunu da cavablandırıb. Onun dediyinə görə, məntəqədə bu yöndə heç nə baş vermir və heç nə baş verə bilməz: “Bu gün sərhəd buraxılış məntəqəsinin işi çox şəffafdır. Heç bir təhlükə yoxdur. Mən baxmışam, gün ərzində buradan 60-70 nəfər keçib. Lars özünün çoxillik park adını çoxdan itirib. Bu məntəqənin işi ilə bağlı heç bir şikayət daxil olmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR