Bank Of Baku

Mixail Saakaşvili: “Azərbaycan və Gürcüstan iqtisadiyyatı bir-birinə inteqrasiya olmalıdır”

Mixail Saakaşvili: “Azərbaycan və Gürcüstan iqtisadiyyatı bir-birinə inteqrasiya olmalıdır”
# 22 mart 2010 08:34 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstan və Azərbaycan iqtisadiyyatının bir-birinə inteqrasiya olacağını bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan prezidenti Novruz bayramı ilə əlaqədar Marneulidə keçirilən tədbirdə iştirakı zamanı jurnalistlərə verdiyi açıqlamada deyib. "İqtasiyyatın inkişafı təkcə qaz sahəsində deyil, eyni zamanda turizm sahəsində də özünü göstərir. İndi Batumiyə Azərbaycandan da dincəlmək üçün çoxlu turist gəlir. Biz yay fəslində daha çox turist gözləyirik. Bakı və Batumi arxitektura cəhətdən bir-birinə oxşardır. Buraya başqa reyslər də çox olacaq. Bakıdan Gürcüstan sərhədinə qədər, oradan da Batumiyədək, hətta İstanbula qədər avtomagistral tikiləcək. Bizim planlarımız təkcə qaz sahəsində deyil, daha geniş iqtisadi əlaqələrin qurulmasından ibarətdir. Hər iki ölkənin iqtisadiyyatı bir-birinə inteqrasiya olmalıdır. Sərhədçilər və polis tərəfindən heç bir maneə ola bilməz. Sərhədlərimiz şəffaf olmalıdır. Biz ümumi bir bazar yaratmalıyıq. Biz buna tərəf gedirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR