Bank Of Baku

Çərkəzlər soyqırımın tanınması xahişi ilə Gürcüstan parlamentinə müraciət edib

Çərkəzlər soyqırımın tanınması xahişi ilə Gürcüstan parlamentinə müraciət edib
# 22 mart 2010 13:11 (UTC +04:00)
Tiflis - APA. Bir qrup çərkəz Rusiya tərəfindən çərkəzlərə qarşı törədilən soyqırımı tanımaq xahişi ilə Gürcüstan parlamentinə müraciət edib. APA-nın məlumatına görə, bu xahişlə martın 20-21-də Tiflisdə Şimali Qafqaz xalqlarına həsr olunmuş konfransın iştirakçıları çıxış ediblər.

Gürcüstan rəhbərliyinin müraciətə reaksiyası hələ məlum deyil, lakin bildirilir ki, ölkə parlamenti həmin müraciətə yaxın zamanda baxacaq.

Qeyd edək ki, çərkəzlərin maraqlarını təmsil edən təşkilatlar artıq bir neçə dəfə Rusiya hakimiyyətinin XIX əsrdə həyata keçirdiyi hərəkətləri soyqırım kimi tanıması ilə bağlı tələb irəli sürüb. Xatırladaq ki, o zaman Qafqazdakı müharibə nəticəsində çərkəzlər öz torpaqlarından sıxışdırılıb, yüz minlərlə insan Türkiyə və digər ölkələrə köçmək məcburiyyətində qalıb. Köçürülmə prosesinin pis təşkili nəticəsində köçürülənlərin böyük hissəsi həlak olub.

Bu hadisələri soyqırım kimi tanınması xahişləri ilə çərkəzlər Avropa parlamentinə və Rusiya Dövlət Dumasına müraciət ediblər, lakin istədiklərinə nail ola bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR