Bank Of Baku

Gürcüstan prezidenti: “GUAM-la yaxın əlaqələrimiz var, biz ondan yalnız istifadə etməliyik”

Gürcüstan prezidenti: “GUAM-la yaxın əlaqələrimiz var, biz ondan yalnız istifadə etməliyik”
# 22 mart 2010 16:46 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Bakıya səfəri və GUAM-ın gələcək perspektivlərinə münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə M.Saakaşvili dünən Marneulidə Novruz şənliyində iştirak edərkən jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısı qeyd edib ki, Bakıya həmişə səfərlərimiz olacaq. “GUAM-ın perspektivlərinə gəlincə bildirim ki, biz bütün tərəflərlə həmişə məsləhətləşəcəyik. Bu təşkilat çox yaxşı sferadır. Onun perspektivləri mövcuddur. Bizim bu təşkilatla yaxın və ikitərəfli əlaqələrimiz var. Əgər belə bir əlaqə olmasaydı, biz onu qurmalıydıq, ancaq indi GUAM-la yaxın əlaqələrimiz var, biz ondan yalnız istifadə etməliyik.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR