Bank Of Baku

Qırğızıstan paytaxtında təhlükəsizlik təbirləri gücləndirilib

Qırğızıstan paytaxtında təhlükəsizlik təbirləri gücləndirilib
# 23 mart 2010 03:44 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanının paytaxtı Bişkək şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. APA-nın «Exo Moskvı» radiostansiyasına istinadən verdiyi xəbərə görə, burada ölkə Prezidenti Kurmanbek Bakiyevin təşəbbüsü ilə təşkil olunan Qurultayda müxtəlif ictimai, milli və siyasi qrupları təmsil edən 750 nümayəndə iştirak edəcək.

Qeyd edək ki, müxalifət qurultayda iştirakdan imtina edərək martın 17-də öz tədbirini keçirib. Həmin iclasda hakimiyyətə 6 bənddən ibarət ultimatum verilib və ölkədə konstitusiya islahatlarının keçirilməsinə qarşı çıxış edib. Bundan əlavə, ölkədə istilik və elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən müxalifət Prezident Bakiyevin yaxın qohumlarının dövlət vəzifələrindən uzaqlaşdırılmasını da tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR