Bank Of Baku

Lujkovun öz müavininə qarşı qaldırılmış cinayət işindən xəbəri olmayıb

Lujkovun öz müavininə qarşı qaldırılmış cinayət işindən xəbəri olmayıb
# 24 mart 2010 03:54 (UTC +04:00)
Bakı-APA. Moskva rəhbərliyinin merin müavini Aleksandr Ryabininin barəsində cinayət işi qaldırılmasından xəbəri olmayıb.

Moskva merinin birinci müavini Yuri Roslyak administrasiyanın Ryabininə qarşı irəli sürülmüş ittihamların qanuniliyini araşdırmaq fikrində olduğunu bəyan edib. «Merin öz müavininə qarşı cinayət işi qaldırıldığından xəbəri olmayıb», deyə Yuri Lujkovun müavini bildirib.

Qeyd edək ki, Moskva prokurorluğunun istintaq komitəsinin nümayəndəsi Vladimir Markin Ryabininə qarşı «vəzifə səlahiyyətlərindən sui-istifadə etmə» maddəsi ilə cinayət işinin qaldırıldığı barədə məlumat verib. Aleksandr Ryabinin «Moskontrol» təşkilatına rəhbərlik edir. Bu struktur dövlət sifarişlərinin paylanmasına nəzarət edir və bələdiyyə daşınmaz əmlakının istifadəsi və qanunsuz tikililərin aşkar edilməsi sahəsində şəhərinin təhlükəsizliyini təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR