Bank Of Baku

Ermənistan XİN Hillari Klintonu təkzib edib

Ermənistan XİN Hillari Klintonu təkzib edib
# 24 mart 2010 07:27 (UTC +04:00)
Bakı – APA. Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Hillari Klintona cavab verib. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan XİN-in KİV-lə əlaqələr şöbəsinin rəhbəri Tiqran Balayan “erməni soyqırımı”nın müzakirə mövzusu olmadığını deyib: “Ermənistan soyqırım faktını müzakirə etməyib və etməyəcək”. T. Balayan bildirib ki, Ermənistan-Türkiyə protokollarında iki ölkə arasında etimadın bərpası ilə məşğul olacaq alt komissiyanın yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, H. Klinton Rusiyanın ORT telekanalında yayımlanan “Pozner” proqramındakı çıxışında Ermənistanla Türkiyənin tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə razılığa gəldiklərini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR