Bank Of Baku

MDB ölkələri xarici işlər nazirlərinin iclasında 18 məsələ müzakirə ediləcək

MDB ölkələri xarici işlər nazirlərinin iclasında 18 məsələ müzakirə ediləcək
# 24 mart 2010 09:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının martın 26-da Moskvada keçiriləcək iclasının gündəminə 18 məsələ daxil edilib. APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, bunu nazirliyin rəsmi nümayəndəsi Andrey Nesterenko açıqlayıb. O bildirib ki, nazirlər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə bağlı bir sıra sənədlərin layihələrinə, Qazaxıstanın ATƏT-ə sədrliyinə dair məsələlərə, Avropada təhlükəsizliyə dair Müqavilə layihəsinə, 2009-cu ildə XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının həyata keçirilməsini yekunlarına baxacaq, 2010-cu il üçün planı təsdiqləyəcəklər.

Humanitar əməkdaşlıq sahəsində Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə geodeziya, kartoqrafiya, kadastr sahəsində kadrların hazırlanması üzrə MDB-nin baza təşkilatı statusu verilməsi haqqında qərar layihəsi müzakirə ediləcək. Korrupsiyaya qarşı fəaliyyət və şəxslərin dövlətlərarası axtarışı, MDB baş prokurorlarının Koordinasiya Şurası haqqında sənədə əlavə və dəyişiklik, MDB ölkələri miqrasiya orqanları rəhbərləri Şurasının yaradılması haqqında sazişə dəyişikliklə bağlı protokol layihəsi və müdafiə sahəsində sənədlər də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR