Bank Of Baku

Tatarıstanın yeni prezidentinin andiçmə mərasimi olub

Tatarıstanın yeni prezidentinin andiçmə mərasimi olub
# 25 mart 2010 13:35 (UTC +04:00)
Bakı – APA. Tatarıstanın yeni prezidenti Rütəm Minnixanov vəzifəsinin icrasına başlayıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, andiçmə mərasimi Kazandakı Saleh Saydaşov adına Böyük Konsert Salonunda baş tutub. Yeni prezident andiçmənin mətnini rus və tatar dillərində oxuyub.

İnauqurasiya mərasimində Tatarıstanın ilk prezidenti Mintimer Şaymiyev də iştirak edib. O, yeni prezidentə hakimiyyət simvolu olan prezident ştandartını təqdim edib.

Qeyd edək ki, R. Minnixanov Tatarıstan prezidenti postuna 2010-cu il fevralın 4-də təsdiqlənib. Onun namizədliyi yerli parlamentə Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən irəli sürülüb. Namizədlər arasında 73 yaşlı M. Şaymiyevin də adı olub, lakin o, D. Medvedyevdən onun namizədliyi üzərində dayanılmamasını xahiş edib. Dörd dəfə ardıcıl Tatarıstan prezidenti olmuş M. Şaymiyev namizədliyini geri götürməsini yeni siyasətçi nəslinə yol vermək istəyi ilə izah edib.

M. Şaymiyev bundan sonra Tatarıstanın dövlət müşaviri kimi çalışacaq. Bu post prezidentliyə namizədliyini geri götürdükdən sonra məhz onun üçün təsis olunub. Lakin post dövlət vəzifəsi sayılmır və ictimai xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR