Bank Of Baku

Dmitri Medvedev Kareliya və Başqırdıstan prezidenti postlarına namizədlərini təqdim edib

Dmitri Medvedev Kareliya və Başqırdıstan prezidenti postlarına namizədlərini təqdim edib
# 17 iyul 2010 12:53 (UTC +04:00)
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev Kareliya və Başqırdıstan prezidenti postlarına namizədlərini təqdim edib.

APA-nın Kremlin saytına istinadən xəbərinə görə, bunlar hazırda adı çəkilən respublikalara rəhbərlik edən Andrey Nelidov və Rüstəm Xamitovdur.

A.Nelidov və R.Xamitovun namizədliklərini bundan sonra yerli qanunverici orqanlar təsdiqləməlidir. Xatırladaq ki, 55 yaşlı Kareliya prezidenti Sergey Katanandov iyunun 30-da, 76 yaşlı Başqırdıstan prezidenti Murtaza Rəhimov isə iyulun 15-də vaxtından əvvəl istefaya getmək barədə qərarlarını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR