Bank Of Baku

Rusiyada hidroelektrik stansiyası terrorçuların hücumuna məruz qalıb

Rusiyada hidroelektrik stansiyası terrorçuların hücumuna məruz qalıb
# 21 iyul 2010 07:26 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, iyulun 21-də yerli vaxtla saat 04.20-də iki nəfər stansiyaya daxil olaraq mühafizə xidmətinin 2 əməkdaşını qətlə yetirib. Onlar stansiyaya partlayıcı qurğular yerləşdiriblər. İlk partlayış saat 05.20-yə yaxın, ikinci partlayış isə saat 06.00-da baş verib. İkinci partlayışdan sonra hidrogeneratorların birində yanğın başlayıb. Terrordan sonra Baksan Hidroelektrik Stansiyasının fəaliyyəti dayanıb. İnsident zamanı idarənin 2 əməkdaşı yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və elektriklər göndərilib. Stansiyada daha bir neçə partlayıcı qurğunun aşkarlandığı bildirilir.

Kabardin-Balkarın hüquq-mühafizə orqanları partlayışlar nəticəsində 3 hidrogeneratordan ikisinin zədələndiyini açıqlayıblar. “RusQidro” şirkətindən isə deyiblər ki, hadisə zamanı stansiyanın hidrotexniki qurğularına zərər dəyməyib, sadəcə, maşın zalı zədələnib.

Qeyd edək ki, Baksan Hidroelektrik Stansiyası 1930-1936-cı illərdə inşa olunub. Stansiyada orta hesabla ildə 108 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR