Bank Of Baku

Baksan Hidroelektrik Stansiyasına hücumla bağlı şübhəli şəxslərin dairəsi müəyyənləşdirilib

Baksan Hidroelektrik Stansiyasına hücumla bağlı şübhəli şəxslərin dairəsi müəyyənləşdirilib
# 21 iyul 2010 09:18 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasındakı Baksan Hidroelektrik Stansiyasına hücum edən terrorçuların sayı 4-ə qədər olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Milli Antiterror Komitəsindən bildiriblər. Komitədən deyiblər ki, artıq şübhəli şəxslərin dairəsi müəyyənləşdirilib.

Qeyd edək ki, iyulun 21-də səhərə yaxın stansiyaya daxil olan terrorçular 2 mühafizəçini qətlə yetiriblər. Onlar içəridə 5 partlayıcı qurğu quraşdıraraq qaçıblar. Bu partlayıcılardan 4-ü partlayıb. Bir bomba isə zərərsizləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR