Bank Of Baku

ABŞ xüsusi xidmət orqanlarının hərəkətləri özbaşınalıqdır – Rusiya XİN

ABŞ xüsusi xidmət orqanlarının hərəkətləri özbaşınalıqdır – Rusiya XİN
# 22 iyul 2010 04:17 (UTC +04:00)
Bakı-APA. ABŞ xüsusi xidmət orqanları tərəfindən rusiyalı təyyarəçi Konstantin Yaroşenkonun Liberiyada saxlanılması beynəlxalq hüquq normalarını pozur, faktiki olaraq söhbət oğurluqdan gedir. Rusiya XİN-in bəyanatında belə deyilir.

Nyu-Yorkun Cənub dairə prokurorluğunun yaydığı press-relizə görə, Yaroşenko Cənubi Amerika, Afrika və Avropaya narkotik daşımaqda ittiham edilir. Prokurorluğun məlumatına görə, Yaroşenko ilə birlikdə Liberiyada daha 4 nəfər həbs edilərək ABŞ-a göndərilib.

«Rusiya tərəfi qəti surətdə əmindir ki, belə hərəkətlər beynəlxalq hüququn müvafiq normalarını, Konsul əlaqələri barədə 1963-cü il Vyana konvensiyasının və 1964-cü il ikitərəfli konsul konvensiyasının müddəalarını birbaşa pozurlar. Faktiki olaraq söhbət Rusiya vətəndaşının üçüncü ölkənin ərazisində oğurlanmasından gedir», deyə Rusiya XİN bəyan edib.

«ABŞ xüsusi xidmət orqanlarının bizim vətəndaşın zorla Monroviyadan Nyu-Yorka aparmalarını aşkar özbaşınalıq kimi qiymətləndirmək olar», deyə xarici siyasət idarəsi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR