Bank Of Baku

Gürcüstandan olan 80 nəfər gənc soydaşımız bir həftə Xəzər sahilində dincələcək

Gürcüstandan olan 80 nəfər gənc soydaşımız bir həftə Xəzər sahilində dincələcək
# 23 iyul 2010 00:41 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanda yaşayan 80 nəfərə qədər azərbaycanlı gənc bir həftə Xəzər sahilində istirahət edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat katibi Nərgiz Əliyeva bildirib. “İyulun 25-dən başlanan istirahət günləri bir həftədən sonra Xəzərin sahilində Novxanıda yerləşən “AF Hotel-Aqua park” istirahət mərkəzində bitəcək. Gənclər Bakının gəzməli, görməli yerlərində olacaq, tarixi abidələrə baxacaq, muzeylərdə olacaq, digər mədəni-kütləvi tədbirlərdə iştirak edəcək, Azərbaycanın görkəmli şəxsləri ilə görüşlər keçirəcəklər. Gənclərin istirahəti Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.”
N.Əliyeva bildirib ki, hazırda AMM-in təşkilatçılığı ilə siyahılar dəqiqləşdirilir. Müxtəlif QHT təşkilatlarından nümayəndələr, Gənclər ittifaqının üzvləri, gürcü ali məktəblərində təhsil alan tələbələr dincəlməyə gedəcəklər.
Xatırladaq ki, keçən il də 80 nəfərədək gənc Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər sahilində dincəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR