Bank Of Baku

Misi qızıla “çevirən” tutuldu

Misi qızıla “çevirən” tutuldu
# 23 iyul 2010 02:32 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisidəki dəmiryol vağzalında yerləşən “Qızıl birja”sında zinyət əşyaları satan və dələduzluqla məşğul olub alıcıları aldadan Zviad Senqiraşvili saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN məlumat yayıb. Nazirliyin məlumatına görə, 1978-ci ildə anadan olan Zviad Senqiraşvili zərgərliklə məşğul olaraq qızıla mis qatıb, ustalıqla düzəltdiyi süni zinət əşyalarını qızıl bazarında satırmış. Buna görə də onun satdığı “süni məhsullar” müştərilər arasında məşhur olub. Ekspertlərin rəyinə görə, o, qızılın tərkibini 17% azaldaraq müştərilərdən çox pul alırmış. Ekspertlər qeyd ediblər ki, onun düzəltdiyi əşyaların tərkibini müəyyən etmək çox çətin olub. Gürcüstan DİN Xüsusi Operativ Departamenti əməkdaşlarının həyata keçirdiyi operativ tədbir sayəsində Zviad Senqiraşvili saxlanılıb və cinayət törətdiyini boynuna alıb. Saxlanılan zaman ondan əşyaya-dəlil kimi 6220 lari məbləğində “mal” tutulub. Saxtakarlıqla məşğul olub, dələduzluqla müştəriləri aldadan Zviad Senqiraşvilinin tutduğu bu hərəkət məhkəmə tərəfdən təsdiq olunarsa, onu 2 ildən 4 ilə kimi həbs gözləyir. Gürcüstan CM-in 180-ci maddəsi ilə aparılan istintaqa Xüsusi Operativ Departamenti rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR