Bank Of Baku

Gürcüstanda Vahid Milli İmtahanlar yüksək səviyyədə başa çatıb

Gürcüstanda Vahid Milli İmtahanlar yüksək səviyyədə başa çatıb
# 24 iyul 2010 03:22 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Iyulun 23-də Gürcüstanda Vahid Milli İmtahanlar yüksək səviyyədə başa çatıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Gürcüstanın elm və təhsil nazirliyində jurnalistlər üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Dmitri Şaşkin bildirib. Nazirin sözlərinə görə, Gürcüstanda 12 imtahan mərkəzində qəbul yüksək səviyyədə təşkil olunub. Dmitri Şaşkin bu təşkilatçılığa görə Gürcüstanın Milli İmtahanlar Mərkəzinin direktoru Maya Miminoşviliyə təşəkkürünü bildirib. Brifinqdə nazir pedaqoqlara, magistrlərə və abituriyentlərə uğurlar diləyib.

Milli İmtahanlar Mərkəzinin direktoru Maya Miminoşvili jurnalistlərə bildirib ki, qəbul imtahanları vermək üçün ölkə üzrə 36 421 nəfər abituriyent qeydiyyatdan keçib.
“Onlardan 97% imtahanlarda iştirak edib. İmtahandan heç bir abituriyent kənarlaşdırılmayıb.”
Mərkəzin direktoru müəllimlərin sertifikat almaq imtahanlarına da münasibət bildirib.
“Sertifikat almaq üçün gürcü dili və ədəbiyyat və riyaziyyat fənlərindən sertifikat imtahanı vermək üçün 13 582 nəfər müəllim qeydiyyatdan keçib. Onlardan 10 mindən çoxu artıq sertifikat imtahanlarını uğurla başa çatdırıblar. İmtahanların nəticəsi isə avqust ayında bilinəcək.”
M.Miminoşvili vahid milli imtahanların nəticələrinin bu gündən başlayaraq fasilələrlə elan olunacağını və son nəticə isə avqustun 10-da elan olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR