Bank Of Baku

Acarıstanda “Muzey-mədəni turizm” adı ilə beynəlxalq konfrans başlayıb

Acarıstanda “Muzey-mədəni turizm” adı ilə beynəlxalq konfrans başlayıb
# 24 iyul 2010 22:12 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Batuminin «Çao» mehmanxanasında «Muzey-mədəni turizm» adı ilə beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Avropa və Qafqazda 40-dan çox muzey işi ilə məşğul olan ekspertlər iştirak edir. Bu ekspertlərin içərisində Ukrayna, Türkiyə, Azərbaycan, Ermənistan, İnquşetiya və Dağıstandan, eyni zamanda digər ölkələrin muzeylərindən gələn nümayəndələr var. Tədbir Gürcüstan və Acarıstan mədəniyyət nazirliklərinin maliyyə dəstəyi və təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçıları tədbirin ilk günündə «Mədəni turizmin həyata keçirilməsi və turistlərə müasir üsullarla xidmət və infrastrukturun inkişafı» məsələsinə baxıblar. Tədbirin məqsədi Avropa və Qafqazda fəaliyyət göstərən muzeylərin yaxınlaşmasına kömək etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyən etməkdir.
Beynəlxalq konfrans iyulun 27-nə qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR