Bank Of Baku

Sankt-Peterburqda sahibkar qətlə yetirilib

Sankt-Peterburqda sahibkar qətlə yetirilib
# 26 iyul 2010 16:20 (UTC +04:00)
APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, sahibkarın meyiti iyulun 26-da səhər Svetlanovsk prospektindəki evin yaxınlığında aşkarlanıb. İstintaqla müəyyən edilib ki, səhər qaçışına çıxmış biznesmen iyulun 26-da Moskva vaxtı ilə saat 08.20 radələrində (Bakı vaxtı ilə saat 09.20) naməlum şəxs tərəfindən güllələnib. Qatil odlu silahdan ona ən azı altı dəfə atəş açıb. O. Popov aldığı güllə yaralarından yerindəcə keçinib.

İstintaq hadisəni törədənin kimliyini və qətlin motivlərini araşdırır. Hadisə yerinə baxış keçirilib, olayın mümkün şahidlərinin tapılıb dindirilməsi üçün lazımi tədbirlər görülür.
Bundan başqa, lazımi ekspertiza işləri də aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR