Bank Of Baku

Həştərxanda milis əməkdaşları atəşə tutulub

Həştərxanda milis əməkdaşları atəşə tutulub
# 28 iyul 2010 07:11 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Həştərxan şəhərində naməlum şəxslər milis patrulunu atəşə tutublar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, insident iyulun 28-də Moskva vaxtı ilə saat 04.05-də baş verib. Avtomobillə şəhərin küçələrində hərəkət edən milis əməkdaşları Kuban körpüsünün altında atəşə tutulub. Nəticədə 3 milis yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Atəşin tapançadan açıldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR