Bank Of Baku

Moskvanın Domodedovo aeroportunda təyyarəni ələ keçirmək cəhdinin qarşısı alınıb

Moskvanın Domodedovo aeroportunda təyyarəni ələ keçirmək cəhdinin qarşısı alınıb
# 29 iyul 2010 19:36 (UTC +04:00)
APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi xəbərə görə, təyyarə havada olarkən sərnişinlərin biri pilota xəbər göndərib ki, onda hüquq-mühafizə orqanlarına çatdırılacaq vacib məlumat var. Pilot bu barədə aeroport rəhbərliyinə xəbər verib. Təyyarə yerə enəndən sonra sərnişin xüsusi dayanacağa aparılıb.Sərnişin aeroport rəhbərliyi və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş tələb edib.

İnterfaks agentliyin yaydığı xəbərə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şəxs Məhəmməd Patiev adlı inquşdur. O, Qazaxıstan vətəndaşıdır və Alma-Ata şəhərində yaşayır. İstehlak mallarının satışı ilə məşğul olan şirkətin direktorudur.

Hüquq-mühafizə orqanları faktla bağlı tədqiqat aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR