Bank Of Baku

M.Saakaşvili: Kreml Gürcüstanın müstəqilliyi üçün təhlükədir

M.Saakaşvili: Kreml Gürcüstanın müstəqilliyi üçün təhlükədir
# 30 iyul 2010 00:48 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə ordusunun gələcəyinə və silahlı qüvvələrdəki islahatlara dair fikirlərini açıqlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Saakaşvili deyib ki, Gürcüstan öz hərbi məktəbini və hərbi sənayesini qurmalıdır.
Prezident bildirib ki, hazırda NATO-nun Əfqanıstandakı əməliyyatlarında qulluq edən 900 gürcü əsgəri nadir təcrübə toplayır.
Bu da Gürcüstan dövlətini möhkəmlətməyə xidmət edəcək.
O, Əfqanıstana əlavə əsgəri qüvvənin göndərilməsinə dair məsləhətləşmələrin aparıldığını deyib.
Mixail Saakaşvili deyib ki, indi Gürcüstan diqqəti hərtərəfli müdafiəyə yönəltməlidir.
Onun fikrincə, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Kreml Gürcüstanın müstəqilliyini zərbə altına almaq səylərindən əl çəkməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR