Bank Of Baku

Xocavənddəki hərbi hissədə hərbçi yoldaşlarını qətlə yetirdikdən sonra özünü güllələyən erməni əsgərin adı və hadisənin bəzi təfərrüatları açıqlanıb - YENİLƏNİB

Xocavənddəki hərbi hissədə hərbçi yoldaşlarını qətlə yetirdikdən sonra özünü güllələyən erməni əsgərin adı və hadisənin bəzi təfərrüatları açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 30 iyul 2010 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, Helsinki Assosiasiyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib ki, hadisəni əsgər Karo Ayvazyan törədib. Hüquq müdafiəçisinin sözlərinə görə, İrəvan sakini olan K. Ayvazyan bir müddət ABŞ-da yaşayıb. Lakin orada cinayət törətdiyinə görə məhkum olunub və deportasiya edilib: “Ayvazyanın səhhətində də problemlər olub. Buna baxmayaraq, onu hərbi xidmətə götürən zaman ya bunu nəzərə almayıblar, ya da faktı ört-basdır ediblər”.

A. Sakunts bildirib ki, K. Ayvazyanı bir leytenant və hərbi hissənin daha bir zabiti postda yatmış vəziyyətdə tutublar. Zabitlər əsgəri oyadıb, təhqir etməyə başlayıblar. Təhqirlərə dözməyən K. Ayvazyan atəş açaraq, zabitləri öldürüb. Atəş səsinə gələn daha 3 əsgəri də güllələyən K. Ayvazyan daha sonra özünü vurub.

Ermənistan mətbuatı isə hadisə haqqında ziddiyyətli xəbərlər yayır. Xəbərlərdə iyulun 28-də baş vermiş hadisə nəticəsində ölənlərin sayı bəzən 5, bəzən isə 6 göstərilir. Artıq ölənlərdən birinin adı da məlumdur. Bu, 20 yaşlı İrəvan sakini Andranik Sarkisyandır. Hadisə haqqında iki versiya var. Birinci versiya hüquq müdafiəçisi A. Sakuntsun dedikləri ilə üst-üstə düşür. İkinci versiyanı isə A. Sarkisyanın atası Sarkis Sarkisyan açıqlayıb. Onun sözlərinə görə, insident hərbi hissənin blindajında baş verib. Hərbçilər arasında başlayan mübahisə sonradan davaya çevrilib. Dava vaxtı əsgərlərdən biri avtomatı götürərək, hərbçi yoldaşlarını güllələyib, sonra isə özünü vurub. S. Sarkisyan oğlunun da möhkəm döyüldüyünü deyib: “Üzü döyülməkdən göyərmiş və şişmişdi, sifətində açıq və qapalı yaralar vardı. Sinəsindən isə 3 güllə dəymişdi”.

Ermənistan KİV-i onu da yazır ki, hadisəni törətmiş K. Ayvazyan orduda müqavilə əsasında xidmət edirmiş.

Qeyd edək ki, hadisə ermənilərin işğalı altında olan Xocavənd rayonu ərazisindəki hərbi hissələrdən birində baş verib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi artıq hərbi hissələrdən birində ölümlə nəticələnən insidentin baş verdiyi barədə məlumat yayıb. Lakin nazirlikdən insidentin səbəbləri və ölənlərin sayı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR