Bank Of Baku

Leninqrad vilayətində baş vermiş qasırğa nəticəsində 7 nəfər həlak olub, 14 nəfər xəsarət alıb

Leninqrad vilayətində baş vermiş qasırğa nəticəsində 7 nəfər həlak olub, 14 nəfər xəsarət alıb
# 30 iyul 2010 16:46 (UTC +04:00)
APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, həlak olanların sayının artacağı istisna edilmir. Çünki həmin vaxt bir neçə insan qayıqlarla Ladoqa gölündə səyahətdə olub və onlar barəsində hələ dəqiq məlumat yoxdur.

Xəsarət alanlardan dördünün vəziyyəti ağırdır.

Bununla yanaşı bildirilir ki, qasırğa zamanı vilayətin elektrik enerjisi şəbəkəsinə ciddi zərər dəyib və 336 yaşayış məntəqəsi işıqsız qalıb. Sinoptiklər bu gün və sabah hava şəraitinin yenidən pisləşəcəyini, həmçinin güclü yağış yağacağını istisna etmirlər. Temperaturun gecə 12-17, gündüz isə 22-28 dərəcəyədək düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR