Bank Of Baku

Rusiyada yanğından onlarla insan ölüb, minlərlə evsiz qalıb

Rusiyada yanğından onlarla insan ölüb, minlərlə evsiz qalıb
# 30 iyul 2010 18:40 (UTC +04:00)
Bakı-APA. Rusiyanın mərkəzi regionlarında gün ərzində meşə yanğınların nəticəsində 20 nəfər həlak olub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, mindən çox ev yanıb, iki min nəfər evsiz qalıb.

Rusiyanın Baş naziri Vladimir Putin Nijni Novqorod regionuna səfəri zamanı təbii fəlakətin qurbanlarının ailələrinə maliyyə kompensasiya ayrılması barədə əmr verib. Putin bildirib ki, yanğınlardan zərər çəkmiş bölgələrin bələdiyyə rəhbərlərin istefaya getməsinə ehtiyac var.

Yanğınlar Nijni Novqorod, Voronej, Lipetsk, Moskva, Vladimir, Kursk, Ryazan vilayətlərində baş verib. Bəzi rayonlarda yanğın yaşayış məntəqələrini tamamilə məhv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR