Bank Of Baku

Dağıstanda 400 nəfərin iştirakı ilə kütləvi dava olub, üç nəfər ölüb, beş nəfər yaralanıb

Dağıstanda 400 nəfərin iştirakı ilə kütləvi dava olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
# 31 iyul 2010 06:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə RİA “Novosti”yə Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib. Hadisə iyulun 30-dan 31-nə keçən gecə baş verib. Moskva vaxtı ilə saat 23.15-də (Bakı vaxtı ilə saat 00.15) Dağıstanın Gərgəbil rayonunun Gərgəbil və Kikuni kəndlərinin sakinləri arasında dava düşüb. Davada hər tərəfdən 200 nəfər olmaqla 400 sakin iştirak edib. Dava zamanı odlu silahdan istifadə edilib, nəticədə 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hazırda milis davanın baş verməsində günahkar olan şəxslərin, habelə fəalların müəyyənləşdirilərək tutulması üçün tədbirlər görülür.

DİN-dəki mənbə davanın Gərgəbil-Kirkuni avtomobil yolunun kənarında yerləşən mədrəsənin yaxınlığında baş verdiyini bildirib. Mənbə onu da deyib ki, ilkin məlumata görə, davaya iki kəndin sakinləri arasındakı ədavət səbəb olub.

Ölənlərdən biri milis əməkdaşıdır. Daha bir milis əməkdaşı isə aralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR