Bank Of Baku

Rusiyanın mərkəzi rayonlarında yanğınlar ara vermir

Rusiyanın mərkəzi rayonlarında yanğınlar ara vermir
# 31 iyul 2010 21:52 (UTC +04:00)
Bakı-APA. Rusiyanın mərkəzi rayonlarında meşə yanğınları nəticəsində mindən çox ev yanıb və iki mindən çox adam evsiz-eşiksiz qalıb.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqunun verdiyi məlumata əsasən, hökumət yanğınların nəticələrinin aradan qaldırılması və kompensasiyaların verilməsi ilə məşğul olacaq xüsusi struktur yaradacaq.
Nijnenovqorod əyalətində olan baş nazir Vladimir Putin isə kompensasiyanın adambaşına 200 min rubldan hesablanacağını deyib.
Həlak olanların ailələrinə bir milyon rubl ödəniləcək.
Hakimiyyət dairələri eləcə də bütün yanmış binaların yerində ilin sonuna kimi yenilərinin ucaldılacağını söz verib.
Təkcə Voronej rayonunda ötən sutka ərzində beş adam həlak olub. Moskva ətrafındakı Luxovitski rayonunda daha beş nəfər yanğında ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR