Bank Of Baku

Doku Umarov “Qafqaz əmirliyinin əmiri” vəzifəsindən istefa verib

Doku Umarov “Qafqaz əmirliyinin əmiri” vəzifəsindən istefa verib
# 02 avqust 2010 07:35 (UTC +04:00)
Bakı – APA. Çeçen silahlılarının lideri Doku Umarov “Qafqaz əmirliyinin əmiri” vəzifəsindən imtina edib. APA-nın BBC-nin Rusiya xidmətinə istinadən verdiyi məlumata görə, yeni əmir Aslambek Vadalov olub. D. Umarovun cihadı davam etdirəcəyi və “əmirliyin” yeni rəhbərliyindən öz köməyini əsirgəməyəcəyi açıqlanıb. Onun səhhəti ilə əlaqədar əmir vəzifəsindən istefa verdiyi bildirilir.

Qeyd edək ki, 2007-ci il oktyabrın 31-də D. Umarov “Qafqaz əmirliyi”nin yarandığını elan edib. 2010-cu ilin fevralında “Qafqaz əmirliyi” Rusiya Ali Məhkəməsi tərəfindən terrorçu təşkilat kimi tanınıb. 2010-cu ilin iyununda ABŞ Dövlət Departamenti D. Umarovu beynəlxalq terrorçuların siyahısına daxil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR