Bank Of Baku

Belarus Livana sülhməramlılar göndərəcək

Belarus Livana sülhməramlılar göndərəcək
# 03 avqust 2010 03:56 (UTC +04:00)
Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko «Belarus Respublikası Silahlı Qüvvələrinin hərbçilərinin Livan Respublikasına beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üzrə fəaliyyətdə iştirak etmək üçün göndərilməsi» barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üzrə fəaliyyətdə iştirak etmək üçün BMT-nin Livan Respublikasındakı Müvəqqəti qüvvələrinin tərkibinə 9 nəfər belorus hərbçisi göndəriləcək.

Belarus hərbçiləri BMT-nin missiyasında missiyanın qərargah zabitləri, hospital həkimləri, hərbi-mülki qarşılıqlı əlaqəsi üzrə mütəxəssislər qismində iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR