Bank Of Baku

Rusiyada nurçuluğun təbliğində ittiham olunaraq həbs edilmiş Azərbaycan vətəndaşının məhkəməsi başlayacaq

Rusiyada nurçuluğun təbliğində ittiham olunaraq həbs edilmiş Azərbaycan vətəndaşının məhkəməsi başlayacaq
# 03 avqust 2010 07:27 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin xüsusilə vacib işlərin təhqiqatı üzrə Regional İstintaq İdarəsində insan ləyaqətinin alçaldılması və nifrəti, düşmənçiliyi qızışdırmaqda ittiham olunan 34 yaşlı Azərbaycan vətəndaşının cinayət işi üzrə istintaq başa çatıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan azərbaycanlı 2007-ci ilin sentyabrından etibarən yaşadığı Nijnı Novqorod şəhərindəki mənzilində internet vasitəsilə nurçuluğun banisi Səid Nursinin Rusiyada ekstremist ədəbiyyat kimi tanınan təlimlərini yayırmış. O, 2009-cu ilin iyuluna qədər bu işlə məşğul olub. Müstəntiqin vəsatəti ilə məhkəmə bu şəxs haqqında həbs qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR