Bank Of Baku

Rusiya Hərbi-Dəniz Donanmasının bazasında yanğın baş verib

Rusiya Hərbi-Dəniz Donanmasının bazasında yanğın baş verib
# 03 avqust 2010 15:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin saytında yanğının iyulun 29-da başladığı açıqlanıb. Nəticədə bazanın qərargahı, maliyyə hissəsi, klubu, avtomobil parkının 2 bölməsi, müxtəlif təyinatlı aviasiya əmlakının olduğu 13 saxlanc və texnikanın saxlanması üçün nəzərdə tutulan 17 açıq meydança yanıb. İyulun 30-da yanğın söndürülüb. Hadisə zamanı insanlar zərər çəkməyib. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi yanğınla bağlı araşdırma aparır. Dəyən zərər müəyyənləşdirilir.

Qeyd edək ki, Rusiya mətbuatı yanğın nəticəsində 200 ədəd hərbi texnikanın yandığını, dəyən zərərin miqdarının 20 milyard rubl həcmində olduğunu yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR